AZ

Nəcməddin Sadıkovla bağlı şok iddia Türkiyəyə aparılıb, xüsusi xidmət orqanları tərəfindən dindirilib

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkovun ordudan kənarlaşdırıldığı barədə xeyli məlumatlar dolaşırdı.

İndi məlum olur ki, həmin vaxt Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən “zərərsizləşdirilib” və dindirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadla nüfuzlu “Middle East Eye” qəzetinin müxbiri Raqip Soylu məlumat paylaşıb.

Məlumata görə, 44 günlük müharibə zamanı Azərbaycan ordusunun sıralarında rusiyapərəst ünsürlərin aşkarlanmasında Türkiyə rəsmiləri də iştirak edib: "Bu "ünsürlərdən" biri də Rusiyaya simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıkov idi. Vəziyyətlə tanış olan mənbə MEE-yə bildirib ki, Türkiyə hakimiyyəti müharibə zamanı onun deportasiyasını təşkil edib, dindirilmək üçün Türkiyəyə gətirib və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
3
azpolitika.info

4Mənbələr