AZ

DPA: "Avropalılar Trampı ələ almağa çalışırlar"

Almaniyanın "Deutsche Presse-Agentur" (DPA) xəbər agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, onlayn görüş Kansler Fridrix Mertsin təşəbbüsü ilə keçiriləcək. Donald Trampla görüşə Finlandiya, Fransa, Britaniya, İtaliya və Polşa liderləri, habelə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rutte, ABŞ-nin vitse-prezidenti C.D.Vens qoşulacaq. Bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski də videokonfransa qoşulmaq məqsədilə Berlinə yollanacaq.

Tərəflər Ukraynadakı müharibənin həlli istiqamətində müzakirələr aparacaqlar. Onlar ABŞ-Rusiya liderlərinin avqustun 15-də Alyaska ştatında keçiriləcək sammitindən qabaq bu məsələdə Donald Trampla birgə "vahid mövqedə qərarlaşmaq" istəyirlər. Videokonfransda əvvəlcə Fridrix Merts və avropalı müttəfiqlər ilkin məsləhətləşmələr aparacaq, ardınca isə Donald Tramp və C.D.Venslə birlikdə vəziyyəti qiymətləndirəcək, yekun qərara gələcəklər.

"DPA"nın məlumatına görə, avropalılar narahatdırlar ki, Alyaskadakı liderlər sammitində Ukrayna ərazilərinin Rusiyaya verilməsi ilə əlaqədar razılıq baş tuta bilər. "Gözlənilməz" videokonfrans ABŞ Prezidentini məhz belə bir razılaşmadan döndərmək, ondan "Kiyevi və Avropa İttifaqını saymadan sövdələşməyə getməyəcəyinə dair" öhdəlik götürmək məqsədi daşıyır.

Almaniya Federal Hökumətinin sözçüsü Stefan Korneliusun sözlərinə görə, tərəflər həmçinin Moskvaya təzyiq göstərmək üçün mümkün variantları da nəzərdən yetirəcək, gələcək sülh danışıqları ilə əlaqədar müxtəlit məsələləri (ərazi iddiaları, təhlükəsizlik tədbirləri və s.) dəyərləndirəcəklər.
Tramp-Putin görüşü | Alyaska səması bağlanacaq

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ilə rusiyalı həmkarı Vladimir Putinin gözlənilən görüşü avqustun 15-də Alyaska ştatında baş tutacaq. Görüşün vaxtı və yeri hər iki ölkənin hökuməti tərəfindən təsdiqləyib. Maraqlıdır ki, Moskva daha əvvəl liderlərin ərəb ölkələrindən birində görüşəcəkləri diqqətə çatdırılmışdı. ABŞ tərəfindən isə görüşün İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcəyi bildirilmişdi.

Firudin Həmidli
AzVision.az
Seçilən
4
1
azvision.az

2Mənbələr