AZ

“İzzət kino mükafatı” təsis ediləcək FOTO

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Azərbaycan Kinematoqrafçılar Ittifaqının rəsmi tərəfdaşlığı, Azad Mirzəcanzadə İnkişaf Proqramı, Gənc Film İstehsalçıları Assosiasiyasının və Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının dəstəyilə “İzzət Kino mükafatı” təqdim ediləcək.

Bakupost.az xəbər verir ki, mükafat AKİ-nin beynəlxalq əlaqələr/ layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis edilib.

Azərbaycanın ilk milli kinoaktrisası İzzət Orucovanın şərəfinə adlandırılan mükafat Azərbaycan kinosunda qadınların rolunu və təmsilçiliyini artırmaq məqsədi daşıyır. Bu mükafat Azərbaycanda ilk dəfə olaraq həm qadın mövzusunu peşəkar səhnəyə daşıyır, həm də qadın kino işçiləri üçün xüsusi mükafat təqdim edərək bir yeniliyə imza atır. Layihə həm də, tarixdə ilk azərbaycanlı kinoaktrisa və kimyaçı alim İzzət Orucovanın adına həsr olunmaqla simvolik güc daşıyır. Mükafatın verilməsi kino sənayesində qadınların mövqeyini artırmaq, onların fəaliyyətini təşviq etmək baxımından yeni bir baxışdır.

Layihə çərçivəsində peşəkar jüri heyəti Azərbaycan kinosunda qadın seqmentini bir neçə aspektdən araşdıraraq qalibləri müəyyən edəcək. Xüsusi dizayn edilmiş mükafat və pul mükafatları auditoriya önündə təqdim ediləcək. 1918-ci ildə Şərqdə qadına ilk seçki hüququ verməyimizə və Azərbaycan kinosunun 127 yaşı olmasına baxmayaraq, bu günə qədər Azərbaycan kinosunda qadın müəlliflər yetərincə tanınmır, təmsil olunmur. Mükafat bu problemi gündəmə gətirir və həll yolları təklif edir. Azərbaycanın ilk milli kinoaktrisasının şərəfinə adlandırılan mükafatla qadınlar və qadın mövzusu bir daha diqqətə çatdırılır. Uğurlu müəlliflər geniş auditoriyaya qalib kimi təqdim edilir.

Qeyd edək ki, bu layihə Azad Mirzəcanzadə İnkişaf proqramının qaliblərindən biridir və yaxın həftələrdə jürinin tərkibi, qaliblərin seçiləcəyi kateqoriyalar, mükafatlandırma mərasiminin tarixi və s. haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
www.bakupost.az

2Mənbələr