AZ

Susaraq danışmaq... Yeni esse

Kulis.az saytına istinadən ain.az xəbər verir.

Kulis.az Mələk Oruczadənin "Susaraq danışmaq" yazısını təqdim edir.

Həyat nə qəribədir elə deyilmi? Susmaq istərkən danışmalı, ağlamaq istərkən gülməli, ölmək istərkən yaşamalısan.

Amma anlamadığımız, hətta, çox vaxt sevmədiyimiz bu naməlumluqlar bizə həyatı daha mənalı edir.

“Susmaq istərkən danışmalı” çox insan bunu anlamır və bununla razılaşmır.

Niyə insan susmaq istəsin və onu danışdırmağa çalışsınlar ki?

Çünki insanlar çoxluqla danışmaq istərkən susanlardan, susmalı olanlardan, içindəki cəhənnəmi söndürə bilməzkən çölünü cənnət edənlərdən, göz yaşıyla o cəhənnəmi söndürmək istərkən qəh-qəhə çəkib bunu gecikdirib daha da yanıb kül olanlardan, göz yaşını içinə axıdanlardan ibarətdir.

Susmaq, əslində, danışmaqdır. Eynən, həyat kimi susmağımızla danışmağımızdan daha çox danışarıq, amma anlayana...

Lakin susmaq həmişə bu səbəblərdən olmur, öz iradənlə olur. Və bu susmaq öz qabığına çəkilmək, özünü qorumaqdır.

Sanki, o cəhənnəmin alovundan qorxub daim özünüzü sakit axan çaya çevirirsiniz.

Amma, o çayın daşıb öz məcrasından çıxdığı vaxt da olur və o zaman bütün qoruma mexanizmi dağılır, müqavimət çökür.

Bəs, bir gün qırılacağını dağılacağını bildiyimiz müqavimətə niyə sığınırıq?

Dediyimiz kimi susmaq iki cür olur: öz iradəmizlə seçdiyimiz və ya öz iradəmizlə seçsək də, ilk yol ayrımında tərk edəyəcəyimiz.

Düzdür, hər ikisini öz iradəmizlə seçirik və insan özü üçün pis şey seçməz deyilmi?

Seçərmiş, həm də ən ağırından. Məncə, öz iradəmizlə susmaq nə qədər canyandırıcı olsa da, ən yaxşısıdır.

Çünki, ilk yol ayrımında tərk edəcəyimiz şeylərlə nə yola davam edə bilərik, nə də onları gələcəyimizə çevirə bilərik, sussaq belə...

Elə olan insanların daim bir tərəfi susmur, susmaq istəmir, hələ bir tərəfi ümid edir, amma bu ümidin boş olduğunu bilmir və bunu anladıqları an ilk seçimə gəlirlər, nə qədər çox can yandırsa da.

İkinci seçimi seçənlər ətrafdakılardan qorunmaq üçün susub gülürlər. Bəlkə də, daim bu yoldan çıxmaq, qaçmaq, gülmək istəmələri bu rola özlərini çox uyğunlaşdırmalarıdır.

Və o ətrafdakılar gedəndə o müqavimət dağılır, insan susur, amma,o gülməyin verdiyi əvvəlki hissləri xatırladan qəhqəhələr ondan əl çəkməyə icazə vermir, sanki, keçmişdəki saf gülüşü, xoşbəxtliyi buraxmaq istəmircəsinə boşluğunu bildirir və sızıldayır.

İlk seçimi seçənlər keçmişlərini, oradakı hissləri birdəfəlik silmək bahasına saxta gülüşləri buraxırlar.

Amma bu zaman heç olmasa ətrafdakılara həm yaxşı, gülərüz olub, həm də onlardan qorunmağa çalışmırlar.

Bir gün bu müqavimət dağılsa da, yenidən bərpa olması asan olur. Amma digər seçimdə səhv bir dəfə olur və hər şey başdan bir də başlayır. Bəlkə də, çox insan o hissləri yenidən yaşadıqdan sonra o qabığa çəkilməyi bərpa edə bilmir, çünki, bu hissləri yenidən sıfırlamaq insana təsir edir, lakin bundan başqa da yol yoxdur.

Çıxılmaz yola girmək istəmirsinizsə, içiniz yansa da, "geri dön" desə də, geri qayıtmayın.

Çünki o kiçik yanğınlardan qorunmaq üçün böyük bir dünyanı yandırıb içinizi külə çevirdiniz, o kül sönmədi, cəhənnəmə çevrilib özü ilə birgə yenidən sizi yandırmağa davam etdi, amma, sonunda söndü, söndürə bildiniz. Ya bir də söndürə bilməsəniz?

Bəzən böyük fəlakətlər yaranmasın deyə kiçik yanğınlara dözmək lazımdır…

ANİMAFİLM festivalının müsabiqə proqramı elan olundu

Atasız uşaq doğmağından fəxrlə danışanlara susan Şura Zakir Əliyevə niyə hücum çəkdi?

Müşviq Abbasova ağır itki

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
kulis.az

1Mənbələr