Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ankarada Hakan Fidanın qəbuluna gələnlər arasında suriyalı həmkarı Əsəd Həsən Şeybani, müdafiə naziri Mürhəf Əbu Qəsrə və Baş Kəşfiyyat Xidmətinin direktoru Hüseyn Əs-Səlamə var. Tərəflər qarşılıqlı və regional məsələlər ətrafında müzakirələr aparıblar. Xatırladaq ki, Hakan Fidan avqustunn 7-də Suriyaya səfərə yollanmış, bu ölkənin keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ilə görüşmüşdü. Onlar Bəşər Əsəd rejiminin devrilməsindən etibarən artan Türkiyə-Suriya münasibətləri ətrafında fikir mübadiləsi aparmışdılar.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.