Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq.
Sitat.info-nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Xüsusi icra məmuru şəhadətnaməsi də Ədliyyə Nazirliyi tərəfindən veriləcək.
Eyni zamanda qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnaməni ləğv edərək xüsusi icra məmurunun fəaliyyətinə xitam vermək səlahiyyəti də nazirliyə həvalə olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.