AZ

“BakuBus” nə qədər xanım sürücünü işə götürüb? RƏSMİ AÇIQLAMA

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə yeni təlim proqramına başlanılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirilib ki, proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.

Bəs təlim proqramına qatılmaq üçün neçə qadın müraciət edib?

“Cebheinfo.az”- a mövzu ilə bağlı açıqlama verən "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirdi ki, seçilmiş namizədlər təlimlərə başlayıb:

“2025-ci il mayın 16-sı start verdiyimiz “Qadınları sükan arxasına dəvət edirik” layihəsi maraqla qarşılandı. Layihə müddətində 15-dən çox qadın sürücü namizəd müraciət etdi və hər biri ilə görüş keçirildi. Görüşlər nəticəsində 5 namizəd layihənin tələblərinə uyğun gəldi.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və “BakuBus” MMC-nin birgə təşəbbüsü ilə 5 xanım namizəd “D” kateqoriyalı (sərnişin daşınması üçün nəzərdə tutulan) sürücülük vəsiqəsi əldə etmək məqsədilə müvafiq sürücülük kursuna yönləndirildi.

Hazırda 5 xanım namizəd 4 avqust tarixindən  müvafiq nəzəri və praktiki  təlimlərə başlayıb. Namizədlər Dövlət Yol Polisi tərəfindən keçirilən nəzəri və praktiki imtahanlarda iştirak edəcək, imtahanı uğurla tamamlayaraq “D” kateqoriyalı sürücülük vəsiqəsi aldıqdan sonra “BakuBus”-da mentor sürücülərin dəstəyi ilə bir müddət marşrut xətlərində fəaliyyət göstərəcəklər. Bu dövrdən sonra xanımlar rəsmi olaraq sürücü kimi işə qəbul olunacaqlar”.

Gülər

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr