2025-ci ilin 1-ci yarısında banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkət etmişdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Pul Siyasəti İcmalı – Avqust 2025" buraxılışda bildirilir.
Belə ki, kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.27%, satış məzənnəsi isə 0.13% fərqli olmuşdur. Başqa sözlə, banklar 1 dolları orta hesabla 1,6954 manata alıb, 1,7022 manata satıblar. Yəni banklar hər 100 dolların alış-satışından orta hesabla 68 qəpik gəlir əldə edib
Manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir.