AZ

Türk lirəsi yeni tarixi rekorda imza atıb

Avqustun 13-də keçirilən ticarət sessiyasında türk lirəsinin məzənnəsi yeni tarixi rekorda imza atıb.Bu barədə xarici KİV-lər məlumat yayıb.

Lirə 0.09% dəyər itirərək dollar qarşısında 40.74 səviyyəsinə düşüb. Ən aşağı göstəriciyə görə, 1 ABŞ dolları 40.7455 lirəyə bərabər olub.

Son bir həftə ərzində türk lirəsinin məzənnəsində 0.15%-lik eniş qeydə alınıb.

İllik müqayisədə isə valyuta 21%-dən çox zəifləyib.

Martın 19-da NTV telekanalı Türkiyə polisinin korrupsiyaya qarşı aparılan araşdırmalar çərçivəsində İstanbul meri Ekrem İmamoğlunu saxladığını bildirib.

Aytac

 

Seçilən
9
anews.az

1Mənbələr