Fransalı mərkəz müdafiəçisi Bafode Diakite karyerasını İngiltərədə davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu “Lill”dən “Bornmut” klubuna transfer olunub.Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti açıqlanmayıb.
Transferin maliyyə detalları rəsmən təsdiqlənməsə də, Transfermarkt portalının məlumatına görə, sövdələşmə 35 milyon avroya başa gəlib.
Diakite “Tuluza” akademiyasının yetirməsidir. O, 2022-ci ildən “Lill”in əsas komandasında çıxış edirdi. Müdafiəçi bu müddət ərzində bütün turnirlər üzrə 112 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.