AZ

“İnterviziya"da Çini kimin təmsil edəcəyi bəlli oldu

Uang Xi (səhnə adı Elvis Vanq) Çini sentyabrın 20-də Moskvadakı VTB Arenada keçiriləcək beynəlxalq musiqi müsabiqəsində təmsil edəcək.

Kulis.az xəbər verir ki, 2014-cü ildə Şenyan Musiqi Konservatoriyasını bitirən müğənni indiyə qədər “Super Voice”, “I Am a Singer” və “Chasing the Light” yarışmalarında iştirak edib.

O, Çin Musiqiçilər Assosiasiyası ilə Pekin Musiqiçilər Assosiasiyasının üzvüdür.

Qeyd edək ki, “İnterviziya 25”də 20 ölkə, o cümlədən ABŞ, Belarus, Hindistan, Qazaxıstan, Misir kimi ölkələrlə yanaşı, Azərbaycanda səhnəyə çıxacaq.

Seçilən
1
1
kulis.az

2Mənbələr