Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkət edib.
Belə ki, kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.27%, satış məzənnəsi isə 0.13% fərqli olub.
Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (Blumberq ticarət sistemində hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.
Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6954 manatdan alıb, 1,7022 manata satıb. Banklar hər 100 dolların alqı-satqısından 68 qəpik gəlir əldə edib.
Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.