BAKI, 13 avqust. TELEQRAF
“Rusiyaya gələn əcnəbilər övladlarının təhsili üçün tam məsuliyyət daşımalıdırlar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev deyib.
“Biz XVI yox, XXI əsrdə yaşayırıq. Ümumtəhsil məktəbi bütün sivilizasiyanın nailiyyətidir”, - o bildirib.
Fadeyev qeyd edib ki, Rusiya Konstitusiyası, eləcə də Özbəkistan, Tacikistan və Qırğızıstan qanunvericiliyinə əsasən, valideynlər övladlarının təhsili üçün məsuliyyət daşıyırlar:
“Əgər siz onların rus məktəbinə getmələrini istəyirsinizsə, dil öyrənməyə səy göstərin, lazımi hazırlığı və dəstəyi göstərin. Yaxud da evdə oxusunlar, təhsil prosesini və digər uşaqların hüquqlarını pozmasınlar. Nə üçün əcnəbi valideynlər məsuliyyəti bizim üzərimizə atırlar?”.