Kamil İnteraktiv Elm Mərkəzi fəaliyyətə başlayır. Layihənin rəhbəri, HədəfLiseyinin qurucu direktoru, dosent Şəmil Sadiq bildirib ki, mərkəzdə 20-yə
yaxın interaktiv elmi eksponat qurulacaq və əsas məqsəd məktəblilərin elmitoxunaraq, edərək və əylənərək öyrənməsini təmin etməkdir. Elm Mərkəzində
fizika, kimya, riyaziyyat, biologiya, informatika kimi fənlərə aid böyüdülmüş,real işlək konstruksiyalar təqdim olunacaq. Mərkəz təkcə liseyin balabilgələri
üçün deyil, həftə sonları digər məktəblilər və ziyarətçilər üçün də açıqolacaq. Eksponatlar ziyarətçilərə klassik dərs mühitindən kənarda, açıq havada
elmin gözəlliyini və prinsiplərini təcrübə yolu ilə öyrənmək imkanı yaradacaq.Burada təqdim ediləcək bəzi nümunələri sizinlə tanış edirik:
• Şaquli momentum - enerji və hərəkət miqdarının qorunması qanunlarını nümayiş etdirən mexaniki qurğu;
• Nyuton beşiyi - təsir və əks-təsir qanununun vizual izahı;
• Maye dinamikası - girdabların əmələgəlmə prosesini əyani göstərənqurğu;
• Səsli borular - akustikanın əsas prinsiplərini izah edən musiqili
təcrübə;
• Səsin səyahəti - səsin havada yayılma sürətini hiss etdirəninteraktiv model;
• Pifaqor modeli - məşhur riyazi teoremin vizual təqdimatı;
• Avtomobil qaldırıcı - mexaniki üstünlüyün gündəlik həyatda
tətbiqini göstərən eksponat;
• Böyük qulaq - səs dalğalarının fokuslanma prinsiplərini nümayişetdirən parabolik səth;
• DNT modeli - həyatın genetik kodunun ikili spiral quruluşunun
təsviri.
Dosent Şəmil Sadiq layihə barədə bildirib: "Elm yalnız kitabsəhifələrində deyil, həyatın özündədir. Biz istəyirik ki, uşaqlar sadəcə
oxumasın, görsün, toxunsun, hiss etsin. Bu mərkəz elmin əyləncəli və əlçatan olduğunugöstərmək üçün yaradılıb".
Yeni mərkəz Azərbaycanın elmi maarifləndirmə sahəsində ilk açıq hava
konseptli təcrübə məkanı olmaqla yanaşı, həm də regionda məktəblilər üçüninnovativ təhsil modelinə nümunə olacaq. Açılış mərasimi sentyabrın 12-də baş
tutacaq və ictimaiyyət üçün açıq olacaq.
Ünvan: Hədəf Liseyi Stars campus / Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 3.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31