AZ

"Qarabağ"ın rəqibinin futbolçusu zədələndi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi Macarıstanın “Fererntsvaroş” klubunun futbolçusu Habib Mayqa zədələnib.

Operativ Media xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Robbi Kin Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qalib gəldikləri (3:0) 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında bildirib.

O, 29 yaşlı yarımmüdafiəçinin zədəsinin nə qədər ciddi olduğunu hələlik bilmədiyini söyləyib.

Qeyd edək ki, “Qarabağ” bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

Seçilən
27
operativmedia.az

1Mənbələr