ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
ABŞ "yeni nəsil" Qızıl Qübbə raketdən müdafiə sistemini yaradacaq.
Milli.Az xəbər verir ki, "Reuters"in məlumatına görə, sistem dörd müdafiə qatından ibarət olacaq, bir peyk və üç yerüstü komponent.
Müdafiə sisteminə ABŞ-nin materik hissəsində, Alyaska və Havay adalarında yerləşəcək 11 yaxın mənzilli batareya daxildir.
Layihənin ümumi dəyəri 175 milyard dollar olaraq qiymətləndirilir. İyul ayında qəbul edilən vergi-büdcə qanun layihəsinə əsasən, ABŞ Konqresi bu məqsədlə ilkin olaraq 25 milyard dollar ayırıb. 2026-cı maliyyə ilində isə layihəyə əlavə olaraq 45,3 milyard dollar ayrılması nəzərdə tutulur.
Kənan
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.