AZ

Paşinyanın əvəzinə Qırğızıstana o gedəcək

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avrasiya İqtisadi Şurasının Hökumətlərarası Şurasının Qırğızıstanda keçiriləcək növbəti iclasında iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”-a Qriqoryanın ofisindən məlumat verilib.

Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətdə olduğu üçün Aİİ Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

Görüş avqustun 14-15-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.

Seçilən
23
publika.az

1Mənbələr