AZ

Amerikalı mühəndisin Azərbaycan sevgisi NECƏ YARANDI? - Raketdən kamançaya gedən yol

"Azərbaycanlılar başqalarını, amerikalılar isə əsasən, özlərini düşünürlər. Azərbaycanın milli adət-ənənələrinə, qohumluq əlaqələrinə heyran qaldım. Məncə, Şərq musiqisi, xüsusilə kamança Qərb musiqisindən daha təsirlidir".

Bu fikirləri Oxu.Az-a müsahibəsində Azərbaycan musiqisinə heyran olduğu üçün ABŞ-dən ölkəmizə üz tutan və kamança dərsləri alan Rebekka Sedlak deyib.

Rebekkaya görə, insani dəyərlər, kəşf etmək marağı insanı planetin digər hissəsinə də aparar. Əsas olan - kəşf etmək duyğusundan məhrum olmamaq, başqalarına faydalı olmaqdır.

İşin ən maraqlı tərəfi odur ki, Rebekka Sedlak ABŞ-nin müdafiə sənayesində raketlər üzrə mühəndis kimi çalışır. O, "raketi kamançaya dəyişdi" desək, yanılmarıq.

Rebekka Sedlakın Oxu.Az-a videomüsahibəsini təqdim edirik:

 

Seçilən
6
3
herbiand.az

4Mənbələr