AZ

Müharibə iştirakçılarına dair film hazırlanır

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi “İnformasiya məkanında müharibə iştirakçılarının tanıdılması” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində sənədli filmin çəkilişlərinə başlanıb.

İctimai Birliyin sədri Asəf Quliyev bildirib ki, film Ermənistanın Azərbaycana təcavüzü, işğal dövrü və zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən bəhs edir.

Çəkilişlərə Ağdam və Ağdərədən başlanılıb. Filmin 27 sentyabr - Anım Günü ərəfəsində təqdimatı planlaşdırılır.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.



Seçilən
3
herbiand.az

1Mənbələr