AZ

Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı artıb

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 93 mənzil alıb.

Sitat.info bu barədəTürkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin iyun ayı ilə müqayisədə 22 mənzil və ya 31%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5 mənzil və ya 5,7% çoxdur.

Qardaş ölkədən ən çox mənzil alan xarici ölkə vətəndaşları sırasında Azərbaycan vətəndaşları 6-cı yerdə olub. İlk beşlikdə isə müvafiq olaraq Rusiya, İran, Almaniya, Ukrayna və İraq vətəndaşları qərarlaşıb.

Seçilən
36
13
sitat.info

10Mənbələr