AZ

“500 qalibdən biri olmaq qürurvericidir”- ABŞ-də təhsil alacaq gənc

2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanmışdır.

Onlardan biri də Kolumbiya Universitetinə qəbul almış Əziz Zeynallıdır

O, il Azərbaycan-Fransız Universitetindən (UFAZ) kompüter elmləri ixtisası üzrə məzun olub.

AzEdu.az onun təəssüratlarını öyrənib.  

“Bu il Kolumbiya Universitetinə də eyni ixtisas - kompüter elmləri üzrə qəbul oldum və eyni zamanda Dövlət Proqramına müraciət edərək qalib seçildim.

Qalib olduğumu öyrənəndə çox sevinmişdim. Bildiyiniz kimi, Dövlət Proqramı tələbələri həm maddi, həm də gələcək karyera baxımından maksimum dərəcədə dəstəkləyir. 500 nəfər qalib arasında olduğumu bilmək mənim üçün böyük bir sevinc idi.

Bu uğurumu ilk olaraq ailəmlə və yaxın dostlarımla bölüşdüm. Çünki bu yolda onların mənə verdiyi dəstək çox böyük olub. Uğurumu paylaşanda onlar da mənim qədər xoşbəxt idilər.

Daha öncə bir neçə Avropa ölkəsində olmuşam. Lakin bu, ilk dəfədir ki, ABŞ-yə təhsil məqsədilə gedəcəyəm.
Düşünürəm ki, bu mənim üçün çox maraqlı və fərqli bir təcrübə olacaq.

Təxminən bir il yarım Amerikada qalacağam və bu müddət kifayət qədər uzundur. Ən çox ailəm üçün darıxacağımı düşünürəm, çünki ilk dəfədir bu qədər uzun müddət onlardan ayrı olacam”.

Seçilən
1
azedu.az

1Mənbələr