AZ

Trampla Putin Alyaskada nə yeyib içəcəklər?

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Alyaskada keçirilməsi planlaşdırılan görüşü Amerika Birləşmiş Ştatlarının ən şimal əyaləti olan Alyaskaya marağı artırıb.

525.az xəbər verir ki, Alyaskanın sərt təbiəti, yerli adət-ənənələri, qütb gecəsinin üstünlükləri, həmçinin iki ölkə liderlərinin Alyaskada hansı yeməklərlə qonaq ediləcəyi və onlara nələrin hədiyyə oluna biləcəyi barədə tanınmış qütb tədqiqatçısı, fotoqraf və yazıçı Qalya Morrell MK.ru-ya danışıb.

Morrellin sözlərinə görə, Alyaska sakinləri bu görüşə böyük maraqla yanaşırlar. Alyaska çox böyük ərazidir, ABŞ-ın ən böyük əyalətidir. Adı “dənizin ayaq basdığı yer” mənasını verir. Buranın əhalisi qarışıqdır - bir-birinə yaxın ərazilərdə eskimoslar, aleutlar, tlinkitlər və atabasklar yaşayır. O bildirib ki, prezidentlərə təqdim ediləcək hədiyyələr sadə suvenirlərdən ibarət olmayacaq. Yerli ənənələrə görə, burada əhali xüsusi hazırlanmış bəzi yerli yeməklərin və ritualların “insana ölümsüzlük bəxş etdiyinə” belə inanırlar. Putin və Tramp yerli qızılbalıq və qütb maralı ətindən yeməklərə, həmçinin qədim eskimos reseptləri əsasında hazırlanan xüsusi yeməklərə qonaq edilə bilərlər. Hədiyyələr arasında isə əfsanəvi maskalar, ruhani totemlər və yerli sənətkarlıq nümunələri ola bilər.

Qeyd edək ki, Qalya Morrell Qrenlandiyada yaşayır, Qrenlandiyanın qütb tədqiqatçısı, aktyor, yazıçı Ole Yorqen Hammenken ilə evlidir.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
525.az

1Mənbələr