AZ

Alyaskada danışıqlar yaxınlaşır - Bu, qızıl və neftin qiymətlərinə necə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp, Ukrayna müharibəsini müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə 15 avqustda Alyaskada görüşəcək.

Marja xəbər verir ki,  analitiklərə görə, ABŞ və Rusiya prezidentlərinin müsbət danışıqları səbəbindən Brent neftinin barelinin qiyməti 55 ABŞ dollarına, qızılın unsiyası isə 3200 ABŞ dollarına düşə bilər. 

Hətta kiçik bir gərginliyin azalması gözləntiləri geosiyasi riskləri azaldır. Bu, neft bazarı üçün bazara təklifin potensial artımı, qızıl üçün isə ümumi qeyri-müəyyənliyin azalması deməkdir ki, bu da xammal qiymətlərinin aşağı düşməsinə təzyiq göstərəcək.

Əgər bir razılaşma olarsa, dünya bazarına Rusiya neftinin ixracı ən azı hazırkı həcmlər ilə davam edəcəkdir. 

Bakı vaxtı ilə saat 15:00-da Brent nefti 0,7% ucuzlaşma ilə 65,69 dollardan qızıl isə 0,33% bahalaşma ilə 3365 dollardan ticarət olunub.

 

Seçilən
2
marja.az

1Mənbələr