Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı Rusiyanın sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev “Tramp marşrutu” ilə bağlı açıqlamasında bildirib.
O əlavə edib ki, layihənin detallarını öyrənənədək və hələ açıqlanmayan sənədi nəzərdən keçirənədək nazirlik rəsmi mövqeyini bildirməyəcək.
Fadeyev qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli razılaşmaları aktuallığını saxlayan sənədlər hesab edir və tərəflərin heç biri bu razılaşmalardan çıxmaq niyyətini açıqlamayıb.
MənbəAPA