AZ

"Xankəndi" FK qapıçı tranferini açıqladı

Transfer çalışmalarını davam etdirən “Xankəndi” Futbol Klubu, qapıçı mövqeyini daha da gücləndirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa və Azərbaycan milli komandalarının (U-21, U-19, U-17) heyətində çıxış etmiş, həmçinin Polşada legioner həyatı yaşamış Şahin Zəkiyev, bundan sonra “Xankəndi” FK-nın uğurları üçün mübarizə aparacaq.

26 yaşlı təcrübəli qolkiper, karyerası ərzində “İnter” Bakı, “Keşlə”, “Səbail”, “Araz Naxçıvan”, “Baku Sportinq” və Polşanın “Sokol Slopnice” klublarında çıxış edib.

Şahin Zəkiyev karyerası ərzində bir sıra uğurlara imza atıb:

 • Premyer Liqa – “İnter” Bakı ilə bürünc mükafatçı

 • Azərbaycan Kuboku – “Keşlə” ilə qalib

 • Birinci Liqa – “Səbail” ilə gümüş mükafatçı

Seçilən
75
operativmedia.az

1Mənbələr