2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanmışdır.
Onlardan biri də Kolumbiya Universitetinə qəbul almış Humay Nəbiyevadır.
AzEdu.az olaraq Edinburq universitetinə qəbul almış müsahibimiziz təəssüratlarını öyrəndik.
“Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində çalışıram. Eyni zamanda, Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə təhsil almışam və 2024-cü ildə universitetin ən yüksək göstəricilərindən biri olan 98.85 ortalama ilə məzun olmuşam.
Dövlət Proqramı çərçivəsində təhsilimi Edinburq Universitetininin “Public Policy” - Dövlət Siyasəti ixtisası üzrə magistratura səviyyəsində davam etdirəcəyəm.
Qalib olduğum xəbərini alan kimi sevincdən ağlamağa başladım və bu sevincimi ilk anamla bölüşdüm. Daha öncə heç xaricdə olmasam da, qəbul olduğum ölkə ilə bağlı demək olar ki, hər şeyi araşdırmışam. Bu səbəbdən qətiyyən yadlıq çəkəcəyimi düşünmürəm. Bu müddətdə ən çox anam üçün darıxacam.
Nəticəmin nə olmasından asılı olmayaraq ailəm daim dəstəkçim olub. Bütün valideynlərə tövsiyəm qızlarının yanında güclü dayanmalarıdır”.