Bakı Ali Neft Məktəbində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən “Kiber Yay Məktəbi 2025” təşkil olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Pənah Musayev açılış nitqində bildirib ki, təlimlərdə kibertəhdidlərə qarşı müasir mübarizə metodları öyrədilib və yay məktəbi uğurla yekunlaşıb.
Öz növbəsində Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov və BANM rektoru Elmar Qasımov çıxış ediblər. Bu cür təşəbbüslərin ölkədə kibertəhlükəsizlik potensialının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Göstərilən dəstəyə görə Milli Kibertəhlükəsizlik Mərkəzinə və Bu günlərdə Bakı Ali Neft Məktəbinə təşəkkürnamə təqdim edilib.
Sonda qaliblər mükafatlandırılıb.