AZ

HAVELSAN növbəti Gəmi Məlumat Paylama Sistemini sifarişçiyə çatdırıb

HAVELSAN şirkəti tərəfindən gəmilər və sualtı qayıqlar üçün hazırlanan 60-cı Gəmi Məlumat Paylama Sistemi (GVDS – Gemi Veri Dağıtım Sistemi) sifarişçiyə təhvil verilib.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, şirkətin milli imkanlarla hazırladığı GVDS, sualtı qayıqlarda Sualtı Qayıq Məlumat Paylama Sistemi (DBDS – Denizaltı Bilgi Dağıtım Sistemi) adlandırılır.

GVDS və DBDS məhsul ailəsi, müasir dəniz platformalarının “ürəyi” kimi, məlumat axınını və sistem inteqrasiyasını ən çətin şəraitdə belə yüksək performansla təmin edir.

HAVELSAN, GVDS məhsul ailəsinə dair apardığı işlər çərçivəsində 15 il ərzində 60 sistemin çatıdırlmasını reallaşdırıb. Son GVDS çatdırılması MİLGEM layihəsinin 8-ci gəmisi üçün nəzərdə tutulub və zavod qəbul sınaqlarından “A” qiyməti ilə keçib.

Suüstü gəmilər və sualtı qayıqlar üçün məlumat paylama sistemləri hazırlayan HAVELSAN, ilk GVDS tədarükünü 15 il əvvəl MİLGEM-1 kimi tanınan “TCG Heybeliada” gəmisinə edib.

GVDS bütün gəmi və sualtı qayıqlarda sutkanın 24 saatı fasiləsiz işləyir. O, yüksək hazırlıq göstəricisi və aşağı nasazlıq faizi ilə istifadəçilərin rəğbətini qazanır.

İndiyədək istehsal edilən GVDS və DBDS məhsul ailəsinin ümumi istismar müddəti 300 ili keçib.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmasındakı digər gəmi və sualtı qayıqlar da GVDS və DBDS sistemlərinin inteqrasiyası üçün çatıdırlma növbəsini gözləyir.

HAVELSAN, son 1 il ərzində orta hesabla hər ay 1 sistemin tədarükünü uğurla həyata keçirib.

Milli istehsal səviyyəsini artırmaq məqsədilə HAVELSAN, layihələndirib hazırladığı “Single Board Computer” (SBC), interfeys kartları, zaman kartı, enerji və arxa panel yarımfabrikat kartları, zaman serveri və GNSS kimi alt sistemlərlə GVDS və DBDS məhsul ailəsində yerlilik faizini 80-dən yuxarı qaldırıb.

GVDS və DBDS, quraşdırıldıqları platformanın “ürəyi” hesab olunur və platformadakı bir çox sistemlə birbaşa əlaqəyə malikdir. Bu sistemlər ehtiyac duyduqları məlumatı GVDS və DBDS-dən alır. Sistem, gəminin pis hava şəraitində, dalğalı dənizdə belə hədəfi tam dəqiqliklə vurması üçün tələb olunan məlumat infrastrukturunu təmin edəcək sürət və performansla hazırlanıb, istehsal edilib və tətbiq olunub.

Radar kimi taktiki sensorların və top kimi silah sistemlərinin gəmi şəraitində ən pis vəziyyətlərdə belə maksimum performansla işləməsi üçün lazım olan infrastruktur HAVELSAN tərəfindən təmin olunur. Şirkət GVDS/DBDS məhsul ailəsinin elektron kart ehtiyaclarının böyük hissəsini, proqram təminatı və mexaniki ehtiyaclarının isə əksəriyyətini orijinal mühəndislik həlləri ilə özü istehsal edir. Hazırlanan sistemlər indiyədək çox sayda platformada istifadə olunmasına baxmayaraq, mühüm nasazlıqla qarşılaşmadan 7/24 xidmət göstərməyə davam edir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1754992319

1754992321

Seçilən
5
poliqon.az

1Mənbələr