AZ

Azərbaycanlı bloqer vəfat etdi - FOTO

Səlim Milli kimi tanınan gənc bloqer Səlim Dadaşov vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə paylaşım ediblər.

Bloqerin qaraciyər çatışmazlığından (sirroz) vəfat etdiyi bildirilib. Paylaşımlarda onun bir neçə gün əvvəl Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyi qeyd olunub.

Qeyd edək ki, Səlim Milli 5 il əvvəl deputatlığa namizəd olub.

Seçilən
12
18
sitat.info

10Mənbələr