AZ

Ölkə bankları I yarımildə “Blumberq”də 41 mlrd. manatlıq əqd bağlayıb

2025-ci ilin 6 ayında Blumberq ticarət sistemində banklar arasında 41.4 mlrd. manat məbləğində 2148 ədəd əqd bağlanıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı”nda bildirilir.

Qeyd edilib ki, bu əməliyyatların həcm olaraq 95%-i 1-3 günlük olub.

Pul bazarında qısamüddətli faizlər hesabat dövrü ərzində faiz dəhlizinin daxilində hərəkət edib. 2025-ci ilin I yarısında 1 günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi – AZIR indeksi aylar üzrə dəyişkən olsa da, faiz dəhlizi daxilində – uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət etmişdir. Belə ki, AZIR indeksi ilə uçot faiz dərəcəsi arasındakı spred I rübdə -0.4%, II rübdə isə -0.22% olub. Ümumilikdə 2025- ci ilin 6 ayında AZIR indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0.29 f.b olub.

Seçilən
15
6
7times.az

8Mənbələr