AZ

Ramaldanovdan Sadıkovla bağlı AÇIQLAMA: 44 günlük müharibədə...

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin xüsusi xidmət orqanları tərəfindən dindirildiyi barədə yayılan iddialar diqqət çəkib.

Bu məsələ ilə bağlı onunla birgə xidmət etmiş, ehtiyatda olan polkovnik Şair Ramaldanov Bakıvaxtı.az-a açıqlama verib.

Şair Ramaldanov bildirib ki, o, xidmət müddətində Nəcməddin Sadıkovun rəhbərliyi altında çalışıb və onun peşəkarlığına, rəhbərlik bacarığına böyük etimad göstərilib:

"Nəcməddin Sadıkov Ulu Öndər və Ali Baş Komandan tərəfindən yüksək etimadla təyin edilmişdi və onun komandanlıq xüsusiyyətləri olmasaydı, Baş Qərargah rəisi vəzifəsində uzun müddət qala bilməzdi Nəcməddin Sadıkovun rəhbərliyi altında 44 günlük Vətən müharibəsi başlamış, bu müddət ərzində onun strategiya və idarəetmə bacarıqları mühüm rol oynamışdır".

Şair Ramaldanov müharibədən sonra baş verən proseslər barədə məlumatlı olmadığını qeyd edib və qərarın Ali Baş Komandan tərəfindən verildiyini vurğulayıb.

Əli Hüseynov

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr