AZ

İtaliya və Böyük Britaniya arasında gərginlik

Roma mətbəxinin klassik yeməyi cacio e pepe ətrafında İtaliya və Böyük Britaniya arasında gərginlik yaranıb.

KONKRET.az xəbər verir ki. Böyük Britaniyanın məşhur yemək saytı Good Food (əvvəllər BBC Good Food) cacio e pepe üçün sürətli nahar resepti paylaşıb.

Lakin reseptdə spagetti, qara bibər, parmesan və kərə yağı kimi maddələrin istifadə olunması İtaliyanın qastronomiya dünyasında etirazlara səbəb olub. İtalyan kulinarlar hesab edirlər ki, klassik cacio e pepe yalnız pecorino romano pendiri, qara bibər və spagetti ilə hazırlanmalıdır, kərə yağı isə reseptə uyğun deyil.

Mövzu sosial mediada geniş müzakirələrə yol açıb və italyan şefləri qastronomiya ənənələrinin qorunması üçün çağırışlar edirlər.

İtaliya və İngiltərə arasında bu “makaron böhranı” kulinar aləmdə mədəniyyət və ənənə fərqliliklərini bir daha gündəmə gətirib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
12
1
konkret.az

2Mənbələr