Hindistanın Kerala ştatında uşaq zorakılığının qarşısını almaq məqsədilə məktəblərə “Suraksha Mitram” adlı yardım qutuları yerləşdiriləcək.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu qutular vasitəsilə uşaqlar həyatlarında qarşılaşdıqları problemləri və ya zorakılıq hallarını gizli şəkildə məktəb rəhbərliyinə çatdıra biləcəklər.
Layihə çərçivəsində müəllimlərə uşaq davranışlarındakı dəyişiklikləri tanımaq və onları diqqətlə dinləmək üzrə xüsusi təlimlər keçiriləcək. Məqsəd uşaqları zorakılıqdan qorumaq, həmçinin məsləhət və tibbi yardım xidmətlərini gücləndirməkdir.