AZ

"Qarabağ"ın pley-offdakı rəqibinin yarımmüdafiəçisi zədələndi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı "Fererntsvaroş"un yarımmüdafiəçisi Habib Mayqa zədələnib.

Fanat.Az xəbər verir ki, bunu "yaşıl qartallar"ın baş məşqçisi Robbi Kin "Ludoqorets"ə (Bolqarıstan) yendikləri (3:0) matçdan - 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında açıqlayıb.

Kin 29 yaşlı futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğunu hələ bilmədiyini deyib.

Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

Seçilən
26
fanat.az

1Mənbələr