AZ

Kimsə “Araz”ın pley-offa çıxa bilməyəcəyini düşünürsə... Görün, nə deyir!

“Bu məğlubiyyət mərhələni dayandırmağımız anlamına gələ bilməz. Çünki qarşıda cavab matçı var”.

“Araz-Naxçıvan”ın yeni transferi Rahil Məmmədov Sportinfo.az-a verdiyi açıqlamaya bu sözlərlə başlayıb.

“Aris” səddini keçərək Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya”ya rəqib olan təmsilçimiz üçün ilk görüş uğursuz alındı.

Avqustun 7-də “Liv Bona Dea Arena”da baş tutan görüşdə rəqibdən aşkar geri qalan naxçıvanlılar meydanı 0:4 hesablı məğlubiyyətlə tərk etdi.

Maraqlıdır ki, Rahil mübarizənin sona çatdığını düşünmür. Nikosiyadakı oyunda böyük hesabla qələbə qazanıb, pley-offa yüksəlməyin mümkünlüyünə inanır:

“Məğlubiyyətin əvəzini çıxmaq istəyirik. 90 dəqiqə az müddət deyil. Meydanda var gücümüzü qoyub, sərfəli nəticə qazanmağa çalışacağıq.

Mərhələ adlamaq? Niyə də olmasın? Komandamıza inanıram.

Pozitiv əhval-ruhiyyədə olmalıyıq ki, istəyimizə çataq. Hər nə qədər çətin görünsə də, mümkünsüz deyil”.

Avqustun 14-də Nikosiyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

HƏBİB

Seçilən
10
sportinfo.az

1Mənbələr