AZ

Agentlik: Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun inşası çərçivəsində ekoloji məsələlər diqqətdə saxlanılır

Bakı, 13 avqust, AZƏRTAC

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhəri ərazisindən keçən hissəsinin inşası üzrə işlər həyata keçirilir. Layihə çərçivəsində bütün tədbirlərdə ekoloji məsələlər xüsusi diqqətdə saxlanılır və bu istiqamətdə Dövlət Ekoloji Ekspertiza Agentliyi ilə sıx müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Layihə idarəetmə qrupunun aparıcı mühəndisi Mehman Həsənov bildirib.

O deyib ki, layihə çərçivəsində yaşıllıqların götürülməsi və qiymətləndirməsi, digər ağacların qorunması həyata keçirilir. “Layihənin əsas məqsədi yol infrastrukturunu təkmilləşdirməklə nəqliyyat axınında mövcud sıxlığın qarşısını almaq, hərəkət təhlükəsizliyini artırmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir”, - deyə aparıcı mühəndis vurğulayıb.

Seçilən
42
1
azertag.az

2Mənbələr