"Beşiktaş" futbolçusu Can Keleşi icarəyə verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Avstriya U-21 millisinin sabiq üzvünü "Kocaelispor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı vinger 2025/2026 mövsümünü Super Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Beşiktaş" Can Keleşi ötən ilin yayında "Fatih Karagümrük"dən transfer edib. Futbolçu keçən mövsümün ikinci yarısında icarə əsasında "Kasımpaşa"nın formasını geyinib.
saytlarin hazirlanmasi