AZ

18 faiz gəlirliliyi olan istiqrazlar ticarətə buraxılır - TARİX

12 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Marja xəbər verir ki,qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 20.08.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazların buraxılış həcmi 1 milyon manat, illik gəlirlilik faiz 18%-dir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2035021024

İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi: 18%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  3 il

Ticarətə buraxılma tarixi:  20.08.2025

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Seçilən
0
1
marja.az

2Mənbələr