2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərdən biri də Sevinc Allahverdiyevadır.
S.Allahverdiyeva Almaniyada Münxen Texniki Universitetində magistratura səviyyəsi üzrə təhsil alacaq.
AzEdu.az Sevinc Allahverdiyevanın təəssüratlarını öyrənib.
“Mən, Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat fakültəsini bitirmişəm. Qəbul xəbərini ilk anamla bölüşdüm, çox sevincli idim. Hətta sevincimdən ağlamışdım.
Bu mənim bir illik əziyyətimin nəticəsidir. Anam, atam, qardaşlarım hər zaman mənim yanımda olublar. Buna görə onlara təşəkkür edirəm”.