AZ

“Zibilimiz çıxıb!” – Əli Mirəliyev şou-biznesə səsləndi

Son illər sosial şəbəkələrdə məşhurlar haqqında “öldü” xəbərlərinin ildırım sürətilə yayılması adi hala çevrilib. Çox vaxt bu xəbərlər yalan çıxır və sənətçilər məcbur qalıb “hələ sağam” açıqlaması verirlər. Dünən bu xoşagəlməz durum aktyor Azər Axşamın da başına gəlib və o, haqqında yayılan ölüm xəbərini özü təkzib edib.

Yenisabah.az xəbər verir ki, müğənni Əli Mirəliyev də bir neçə dəfə belə vəziyyətlə qarşılaşıb. O, bu barədə fikirlərini bölüşərkən həmkarı Azər Axşamı da müdafiə edib:

"Mənim haqqımda da belə şayiələr yayılmışdı. Bunu xüsusi olaraq edirlər. Azər Axşam da sağdır. Bizim xalqımıza qurban olduğum Allah hər şey verib – xoş xasiyyət, ağıl, dərrakə, oğraşlıq, sözbazlıq… Bir sözlə, yaradan bizə hər şey verib. Mirzə Ələkbər Sabir 150 il bundan öncə boşuna deməyib ki, ‘Millət necə taraz olur, olsun, nə işim var’. O boyda "Hop-Hopnamə" yazıb, orada bütün cəmiyyəti təsvir edib. Cəlil Məmmədquluzadə də Kefli İsgəndər obrazını yaradıb. İndi də belə adamlar doludur”. pizza

Sənətçi şou-biznesdəki ikiüzlülükdən də danışıb:

"Hələ bir dənə də qaragünə qalmış şou-biznesimiz var. Ora vapşe pis gündədir. Buradan adamın arxasınca danışıb, orada öpüşüb görüşürlər. Adamın ailəsinə sataşıb, sonra da gəlirlər ki, səndən yaxşı adam yoxdur. İnsanın bir siması, bir üzü olar. Sovet dövründə zavodlar, fabriklər var idi, gənclər işləyirdilər. İndiki gənclər isə bazar, çayxana, domino ilə vaxt keçirirlər. Bu ölüm xəbərlərini də yayan həmin o bikar adamlardır. Öldürən də, dirildən də onlardır. Ağlı başında olan adam səhər işinə gedir, axşam evinə qayıdır. Onun nəyinə lazımdır Əli Mirəliyev öldü, ya sağdır? Belə xəbərləri yayanlar camaatla ‘mırt’ tuturlar, məşhurlara sataşıb günlərini keçirirlər. Bunu da özlərinə böyük nailiyyət hesab edirlər”.

Müğənni belə halların qarşısının alınmasının çətin olduğunu deyib:

"Gülləni həmin şəxslərin başına vurmaq lazımdır. Onları tapmaq da çətindir, çünki hamı xəbəri biri-birinə ötürür, əsas mənbə məlum olmur. Əvvəllər belə deyildik, indi hamı biqeyrət olub gedib. Rayonlu, bakılı fərqi yoxdur, hamı qarışıb bir-birinə. Zibilimiz çıxıb. Hamısı bizim millətimizdir, amma bu qədər də olmaz. Ölüm xəbərlərini yayanlara da demək istəyirəm ki, siz öldürməkdə davam edin, biz hələ yaşayacağıq”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
19
2
yenisabah.az

3Mənbələr