AZ

“Neftçi”nin icraçı direktoru: "Komanda yeni mövsümdə kuboklar qazanmaq niyyətindədir"

“Neftçi” yeni mövsümdə kuboklar qazanmaq niyyətindədir.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Neftçi” Futbol Klubunun baş icraçı direktoru Cenk Sümer deyib.

Funksioner bu mövsümun uğurlu keçməsini istədiklərini söyləyib:

“Yeni transferlərimiz var. Komandaya faydalı olacaqlarına inanıram. Uğurlu mövsüm keçirmək niyyətindəyik. Kuboklar qazanmaq istəyirik. Budcəmizə uyğun oyunçular almışıq. Baş məşqçimizin istədiyi futbolçuları araşdıraraq almışıq”.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünə avqustun 15-də start veriləcək. “Neftçi” avqustun 16-da, saat 20:00-da “Şamaxı”nı qəbul edəcək.

Seçilən
20
report.az

1Mənbələr