AZ

Əbədi yaşamaq üçün milyonlarla sərvət xərclədi – nəticələr təəccübləndirdi

Özünü biohacker adlandıran Bryan Johnson “ölümsüzlük” hədəfinə çatmaq üçün indiyədək 2 milyon dollar sərf edib.

E-saglam.az-ın məlumatına görə, yaşlanmanı geri çevirmək üçün eksperimental tibbi proqramlar tətbiq edən Johnson son 90 gündə hiperbarik oksigen terapiyasından aldığı nəticələri açıqlayıb.

40 yaşlarının sonunda olan Johnson daha əvvəl iddia etmişdi ki, təcrübələr sayəsində 37 yaşındakı ürək sağlamlığına və 18 yaşındakı ağciyər tutumuna sahib olub. Bu dəfə o, artan hava təzyiqi altında təmiz oksigenlə nəfəs almağa əsaslanan hiperbarik terapiyanı sınayıb. Bu üsul toxumalara daha çox oksigen çatdıraraq orqanizmin bərpasına kömək edir.

Johnson 90 gün ərzində 90 dəqiqəlik 60 seans keçib. Onun sözlərinə görə, terapiyadan sonra bağırsaq və metabolik sağlamlıqla əlaqəli qan damarlarının fəaliyyəti 300%, Akkermansiya bakteriyalarının səviyyəsi isə 1000% artıb. Alzheimer xəstəliyi riski isə 28% azalıb.

Müalicə dərisinin vəziyyətinə də təsir edib – UV şüalarının yaratdığı zədələnmə 10% azalıb. Telomer uzunluğu isə 10 yaşlı uşaq səviyyəsində ölçülüb ki, bu da bioloji yaş göstəriciləri üçün nadir nəticə sayılır.

Johnson-un gənclik uğrunda apardığı bəzi təcrübələr mübahisə doğurub. O, daha əvvəl oğlu ilə yuxu keyfiyyəti və ereksiya göstəricilərini müqayisə etdiyi üçün tənqid olunmuşdu. Məlumatlara görə, bu göstəricilərdə də oğlunu üstələyib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
2
e-saglam.az

1Mənbələr