Sea Breeze

Bu ilin altı ayında Milli Depozit Mərkəzi (MDM) manatla buraxılmış qiymətli kağızlar üzrə 2 milyard 229,7 milyon manat ödəniş edib.

BAKU.NEWS MDM-yə istinadla xəbər verir ki, altı aylıq ödənişin 73,3 faizi və yaxud 1 milyard 635,08 milyon manatı dövlət istiqrazları üzrə (o cümlədən 261,41 milyon manatı kupon ödənişləri olub), 12,1 faizi və yaxud 270,2 milyon manatı Azərbaycan Mərkəzi Bankının notları üzrə, 5,6 faizi və yaxud 124,42 milyon manatı korporativ istiqrazlar üzrə (o cümlədən, 14,42 milyon manatı kupon ödənişləri olub), 9 faizi və yaxud 200 milyon manatı isə səhmlər üzrə (dividend formasında) həyata keçirilib.

Bundan başqa, yanvar-iyun aylarında xarici valyuta ilə buraxılmış qiymətli kağızlar üzrə 49,34 milyon dollar ödəniş edilib. Bunun da 41,1 faizi və yaxud 20,3 milyon dolları dövlət istiqrazları üzrə (o cümlədən 0,3 milyon dolları kupon ödənişləri olub), 58,9 faizi və yaxud 29,04 milyon dolları isə korporativ istiqrazlar üzrə (o cümlədən, 19,04 milyon dolları kupon ödənişləri olub) həyata keçirilib.

ETX
ETX
ETX