"Neftçi"nin baş icraçı direktoru Cenk Sümer bu gün jurnalistlər önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, klub rəsmisi komandanın 2025-26 mövsümü üçün hədəflərini açıqlayıb:

"Ötən mövsüm təəssüf ki, bizim üçün uğursuz keçdi. Yeni futbol ilinin uğurlu olmasını istəyirik. Çox işlər gördük, bazamızı yekunlaşdırdıq, baş məşqçimizin istəklərini nəzərə alaraq transferlər gerçəkləşdirdik. Önəmli futbolçuları heyətimizə cəlb etdik. Bu oyunçuların həm "Neftçi"yə, həm də Azərbaycan futboluna faydalı olacağına ümid edirik. Baş məşqçimiz, heyətimiz və rəhbərliyimizlə birgə uğurlu bir mövsümün olmasını diləyirik".