ain.az, Fanat portalına istinadən məlumat verir.
"İmişli"nin baş məşqçisi Jorje Kaşkilyanın şəraitsizlikdən gileylənməsi, rəhbərliklə portuqaliyalı mütəxəssis arasında narazılıq yaranması barədə redaksiyamıza daxil olan məlumatla bağlı qarşı tərəfin mövqeyini öyrənmək vacib idi. Bu səbəbdən klubun sözçüsü Leyla Behbudluya müraciət etdik.
Aran təmsilçisinin mətbuat katibi klubun mövqeyini Fanat.Az-a belə çatdırdı:
"Dərc olunan xəbər klub tərəfindən araşdırılıb. Həmin məlumat reallığı əks etdirmir. Baş məşqçi Jorje Kaşkilya ilə söhbət zamanı o, komanda daxilində və ya kənarda şəraitdən narazılıq etmədiyini, eləcə də Azərbaycana gəldiyinə peşman olmadığını bildirdi".
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.