AZ

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidə fəaliyyətini bərpa edir...


2025-ci il 11 avqust tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyevin rəhbərliyilə, QAC Qarabağ Regional Mərkəzinin Koordinatoru Afaq Hüseynzadə və Təchizat Sektorunun rəhbəri Samir Vasilkinin daxil olduğu nümayəndə heyəti Xankəndi şəhərinə səfər ediblər.

QAC-dan bildirilib ki, səfərin əsas məqsədi Cəmiyyətin fəaliyyətini Xankəndi şəhərində bərpa etməkdən ibarət olub.

Səfər müddətində AzQAC nümayəndə heyəti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və İcraçı direktor Telman Kərimli ilə görüşüb.

Qarşılıqlı anlaşma və səmərəli müzakirələrlə keçən görüşdə Cəmiyyətin Xankəndidə fəaliyyəti üçün mövcud şəraitin qurulması geniş müzakirə olunub.

Səfər müddətində AzQAC nümayəndə heyəti Xankəndi şəhərində, Qarabağ Univeristetinin rektoru Şahin Bayramovla da görüşüb. Görüşdə Cəmiyyətin Xankəndi Universitetində İlk Təşkilatının yaradılması və onun fəaliyyəti üçün mövcud şəraitin qurulması müzakirə olunub.

ZÜMRÜD

Seçilən
17
13
baki-xeber.com

10Mənbələr