Türkiyənin “AJet” aviasiya şirkəti uçuş zamanı təyyarələrdə daşınan enerji yığan cihazların (“powerbank”) istifadəsini qadağan edib.
Referans xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Qərar Türkiyənin Mülki Aviasiya Baş İdarəsinin (SHGM) tövsiyəsinə əsasən qəbul edilib.
Qərara görə, tutumu 100 vat/saata qədər olan litium batareyalı “powerbank”lar, elektron siqarətlər və ehtiyat batareyalar yalnız əl yükündə daşına biləcək, lakin uçuş zamanı işlədilməyəcək. 100-160 vat/saat tutumlu batareyalar üçün aviaşirkətdən xüsusi icazə alınacaq. 160 vat/saatdan artıq tutuma malik batareyalar isə sərnişin baqajında daşınmayacaq, yalnız müəyyən şərtlərlə yük kimi qəbul ediləcək./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta