“Hazırlıqlarımız yüksək səviyyədə keçir”
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasında yeni mövsümün startından öncə təşkil olan brifinqdə deyib.
O, yeni mövsümdə yüksək yerlər üçün mübarizə aparacaqlarını bildirib: “Demək olar ki, heyəti dəyişdik. Transfer etdiyimiz futbolçular keyfiyyətlidir. Transferlərimiz davam edir”.
Baş məşqçi Ramil Şeydayev barədə də danışıb: “O, hazırda bizimlədir. Daha heç kim komandanı tərk etməyəcək. Bu heyətlə ən yaxşısını etmək istəyirik”.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının ilk turunda avqustun 16-da doğma meydanda “Şamaxı” ilə qarşılaşacaq.