AZ

“Konstitusiya və Suverenlik ili" ilə bağlı maarifləndirici seminar keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Cəbrayıl rayonu üzrə nümayəndəsi Aynur Məmmədovanın təşəbbüsü, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Cəbrayıl rayon məhkəməsinin hakimi və əməkdaşlarının təşəbbüsü ilə Cəbrayıl rayon məhkəməsinin inzibati binasında, “Konstitusiya və Suverenlik ili" ilə bağlı maarifləndirici seminar keçirilib.

QHT.az xəbər verir ki, seminarda çıxış edənlər, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərdən, ölkəmizdə aparılan məhkəmə - hüquq islahatları və məhkəmələrin dövlət quruluşunda yeri və rolu, fəaliyyəti, istiqaməti eləcə də qanunvericilik barədə fikirlər çatdırılmışdır.

Sonda uşaqlar məhkəmənin inzibati binası ilə tanış olmuş, xoş təəssüratlarını bölüşmüş və xatirə şəkli çəkdirmişlər.

Seçilən
42
qht.az

1Mənbələr