AZ

“Uğurlu mövsüm keçirmək niyyətindəyik” – Cenk Sümer 

“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer yeni mövsümdə əsas məqsədlərinin kuboklar qazanmaq olduğunu bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, komandanın büdcəyə və baş məşqçinin istəklərinə uyğun transferlər etdiyini, heyətin gücləndirildiyini vurğulayıb:

“Uğurlu mövsüm keçirmək niyyətindəyik. Ötən mövsüm istədiyimiz nəticələr olmadı, bəzi oyunçular xəyal qırıqlığı yaratdı. Amma artıq skaut komandamızı təkmilləşdirmişik. ‘Neftçi’ bir ailədir və bunu təlim-məşq toplanışında da gördük”.

Sümer “Neftçi”nin çempionluğa namizəd olduğunu, camiəni sevindirəcək nəticələr hədəflədiklərini deyib.

Qeyd edək ki, “ağ-qaralar” Premyer Liqada ilk oyununu avqustun 16-da saat 20:00-da “Şamaxı”ya qarşı keçirəcək.

Seçilən
25
1
idmanxeber.az

2Mənbələr